06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəşfiyyat Xidməti: Ukraynada Rusiyanın təxminən 40-60 min hərbçisi həlak olub

17.02.2023

Ukraynanın işğalı başlayandan Rusiya Müdafiə Nazirliyinin (MN) və özəl hərbi podratçıların döyüşlərə cəlb etdiyi 175-200 000 döyüşçü yaralanıb və ya həlak olub.

"DM" xəbər verir ki, Böyük Britaniya MN-nin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Rusiyanın təxminən 40-60 min hərbçisinin həlak olduğu ehtimal edilir.

Vurğulanıb ki, Rusiyanın itkilərinin sayı 2022-ci ilin sentyabrında qismən səfərbərliyin elan edilməsindən sonra nəzərəçarpan dərəcədə artıb

"Müasir standartlara görə yaralananlara nisbətdə həlak olanların sayı olduqca yüksəkdir”, - bildirilib.

Rusiyanın itkilərinin əsas səbəbinin artilleriya zərbələri olduğu bildirilib.

Məlumatda Vaqner özəl hərbi şirkətin məhkumlardan ibarət çox sayda rekrutunun münaqişə bölgəsinə cəlb edildiyi və onların təxminən 50 faizədək itki verdiyi bildirilib.