28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Cənubi Qafqazda təhlükəsizlik üzrə paneldə iştirak etməyəcək - FOTO

17.02.2023

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək.

Bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytındakı məlumatdan məlum olur. 

Həmin paneldə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var. Panelin moderatoru isə Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Hausgendir.