02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

16.02.2023

"Bu qərar birbaşa qiymətlərin bazarda artmasına hesablanıb”.

Bunu dünəndən etibarən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqini şərh edən iqtisadçı Akif Nəsirli deyib.

Bizim.media-ya açıqlamasında o bildirib ki, istənilən məhsul hansı vəziyyətdəsə əlavə vergi və rüsumlara cəlb edilirsə, bu, son nəticədə maya dəyərində öz təsirini göstərir:

"Maya dəyəri artırsa təbii ki, bazardakı qiymətlər də artacaq. Əgər telefon gətirən gömrüyə 36 faiz əlavə rüsum ödəyəcəksə, deməli bazarda həmin telefonlar da ən azı 30 faiz bahalaşacaq. Telefonların qiymətinin artmasını isə çox gözləməli olmayacağıq.

Ən yaxın günlərdə telefonlar xeyli bahalaşacaq. Çünki bizim bazarda rəqabət mühiti yoxdur. Daha çox inhisarçılıq var. Rəqabət olmadığı üçün də sahibkar daha rahat və tez manevr edə bilir”.

İqtisadçı onu da bildirib ki, normalda hansısa məhsulun yerli istehsalı yoxdursa, onda ona yüksək gömrük rüsumu tətbiq etmək doğru deyil:

"Üstəlik, insanların fərdi istifadəsi üçün gətirilən məhsullara gömrük rüsumunun tətbiqinə dünyada çox nadir hallarda rast gəlinir. DGK fərdi şəxslərin istifadəsi üçün gətirdiyi məhsullara gömrük rüsumu tətbiq etməklə daha çox vəsait toplamaq istəyir. Amma DGK rüsum toplayan təşkilat yox, daxili bazarı qoruyan və idxal-ixrac əməliyyatlarını tənzimləyən bir qurumdur”.