02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq - FOTO

16.02.2023

"İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur”.

"DM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.


O, bu barədə Şəhərsalma Məsələləri üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında danışıb.

İclasdan sonra işçi qrupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.