02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni Zelandiyada da əsrin fəlakəti yaşanıb - VİDEO/FOTO

16.02.2023

"Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”.

Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan "Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib.


Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə əlaqəsi kəsilib.

Bundan başqa, dünən axşam saatlarında sakinlər 6 bal gücündə yeraltı təkanlar hiss ediblər.


Güclü qasırğa səbəbindən ilkin məlumatlara görə, azı beş nəfər həlak olub - biri uşaqdır. Həmçinin itkin düşənlər var.

Mənbə: BBC