02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu : “Blinkenlə bazar ertəsi görüşəcəyik”

16.02.2023

"ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zəlzələdən əvvəl planlaşdırılmışdı”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Blinken fevralın 19-da regiona gələcək, sonra Ankaraya yollanacaq.

"Bazar ertəsi (20 fevral – red.) görüşlərimiz olacaq. Biz ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və Ukraynadakı müharibə, əlbəttə ki, ön plana çıxacaq. Görüşdən sonra keçirdiyimiz mətbuat konfransında lazımi məlumatları çatdıracağıq”, - deyə XİN rəhbəri bildirib.

Çavuşoğlu həmçinin zəlzələdə göstərdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etdiklərini də bildirib və Blinkenin əlavə kömək üçün daha iki dəfə zəng etdiyini vurğulayıb.