29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zərif İrəvana təşəkkür etdi - SƏBƏB

02.11.2018

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana Ermənistanın Tehrana münasibətdə tutduğu mövqeyə görə təşəkkür edib.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni şərqşünas Vardan Voskanyan paylaşıb. Onun sözlərinə görə, Zərifin Mnatsakanyana təşəkkürü İranın Ermənistandakı səfiri Seyid Qasım Sadcədi vasitəsilə çatdırılıb:
"İranın diplomatik dilindən tərcümədə bu, Tehranın İrəvanın mövqeyindən razı olduğu deməkdir. Xüsusilə Tehran Con Boltonun səfəri zamanı İrəvanın tutduğu mövqedən razı qalıb”.
Qeyd edək ki, Mnatsakanyanla iranlı səfir dünən görüşüblər.
Bir müddət əvvəl Bolton İrəvanda Ermənistan hökumətini İrana qarşı təzyiqlərə çağırmışdı. Boltonun bu açıqlamasına cavabında Ermənistan Baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan İranın ölkəsi üçün mühüm iqtisadi tərəfdaş olduğunu bildirib. Bundan öncəki açıqlamasında isə o, İranla sərhədin qapanması mümkünlüyünü istisna etməmişdi.