02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu: “Finlandiyanın namizədlik prosesi İsveçdən ayrı qiymətləndirilə bilər”

16.02.2023

"Bugünkü ikitərəfli görüşümüzdə bəzi regional məsələləri də müzakirə etdik”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynadakı müharibə, taxıl müqaviləsi kimi məsələlərə də toxunulub.

"Bizim əsas mövzumuz olmasa da, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı gözləntilərimizi bir daha vurğuladıq. Hər iki ölkənin atacağı addımlar var. Xüsusilə İsveçin. Son təxribatlar heç də yaxşı deyil”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

O, Finlandiyanın namizədlik prosesinin İsveçdən ayrı qiymətləndirilə bilinəcəyini vurğulayıb.

Çavuşoğlu Türkiyənin NATO-nun genişlənməsinə qarşı olmadığını, alyansın fəaliyyətlərinə və missiyalarına ən çox töhfə verən ilk beş ölkədən biri olduğunu xatırladıb.

"Bu töhfələr davam edəcək”, - deyə o vurğulayıb.