03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Filippində zəlzələ: Dağıntılar var - FOTO/VİDEO

16.02.2023

Filippində bu gün səhər saatlarında baş verən 6,0 bal gücündə zəlzələdən sonra 40-a yaxın afterşok baş verib.

Bu barədə respublikanın Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

Əsas təkandan sonra gücü 1,5-4,2 bal arasında olan 38 zəlzələ qeydə alınıb. Afterşokların bir neçə gündən bir neçə həftəyə qədər davam edəcəyi bildirilir.

Qeyd edək ki, bu gün Masbate adasında 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətin episentri əhalisi 14,6 min nəfərdən çox olan Batuan bələdiyyəsindən 11 km cənub-qərbdə yerləşib. Zəlzələ mərkəzi 10 km dərinlikdə olub. Bildirilir ki, zəlzələ nəticəsində bir neçə ev dağılıb. Bununla əlaqədar binaların yoxlanışı üçün özəl və dövlət məktəblərində dərslər dayandırılıb.