29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaşıqçı Salmanı bitirir: Ər-Riyad yeni vəliəhd axtarır

02.11.2018

Camal Qaşıqçının ölümü Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ölkə elitası daxilindəki mövqelərini zəiflədib.
"Dövran Media" xəbər verir ki, "Vaşinqton Post” Ər-Riyada qarşı Qaşıqçı olayı ilə əlaqədar edilən təzyiqlər səbəbindən kral ailəsinin yeni vəliəhd şahzadə axtarmağa məcbur etdiyini yazıb.
"Kralın qardaşı şahzadə Əhməd bin Əbdüləzizin Londondan ölkəyə geri qayıtması vəliəhd dəyişikliyi ehtimalını daha da artırıb. Başqa bir versiyaya əsasən, Ər-Riyada beynəlxalq arenada olan inamı geri qaytarmaq üçün Salman öz hakimiyyətini yüksək vəzifəli yaxın qohumlarından biri ilə bölməli olacaq.
Vəliəhdin ABŞ-da da nüfuzu azalmağa başlayıb. Belə ki, Səudiyyə Ərəbistanına dəstəkdən artıq nüfuzlu respublikaçı və demokratlar imtina ediblər”, - nəşrin məlumatında bildirilib.
Qeyd edək ki, bundan öncə də Ər-Riyadın vəlihdi dəyişməklə bağlı müzakirələr apardığı haqda məlumat yayılmışdı.