02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AYİB zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı ilkin proqnozunu açıqlayıb

16.02.2023

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zəlzələnin Türkiyə iqtisadiyyatına ilkin təsirləri ilə bağlı proqnozunu açıqlayıb.

"DM" xəbər verir ki, bu barədə AYİB-in regional hesabatında bildirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı qeyd edib ki, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlayıb. 2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilir. Bank bildirib ki, bu proqnoz 2023-cü ilin fevralında baş verən zəlzələnin potensial təsirlərini əhatə etmir və 2023-cü ildə ümumi iqtisadi fəaliyyətə təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək çox tezdir.

AYİB bununla belə hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-in 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir. "Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir" - AYİB-in açıqlamasında deyilib.