29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-nin xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurublar

15.02.2023

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinin sakinlərinə müvəqqəti çadırlar qurulub.

"DM"-nın xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağı başa çatdırıblar.

Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülürlər. Çadırlar yerli aidiyyəti orqanlar tərəfindən sakinlərə təhvil verilməyə başlanılıb.

Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.