27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO və Rusiyanın döyüş təyyarələri qarşı-qarşıya gəlib

15.02.2023

Niderlanda məxsus F-35 döyüş təyyarələri Polşa yaxınlığında 3 Rusiya döyüş təyyarəsinin qarşısını kəsib və təyyarələri Polşa hava məkanından uzaqlaşdırıb.

Bu barədə Niderland müdafiə rəsmiləri açıqlama veriblər.

Niderland Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə naməlum təyyarələrin Kalininqraddan Polşanın NATO məsuliyyət zonasına yaxınlaşması zamanı baş verib.

Təyyarələrin Rusiyanın İL-20M kəşfiyyat təyyarəsini müşayiət edən iki "SU-27 Flanker” olduğu müəyyən olunub. Niderland F-35-ləri təyyarələri uzaqdan izləyiblər və sonra vəzifələrini NATO ortaqlarına təhvil veriblər.

Polşa Müdafiə Nazirliyi isə hava məkanı ilə bağlı hər hansı problemin olmadığını bildirib.

Mənbə: Haber Global