27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Azərbaycanlıları Radasının hesabat-seçki konfransı keçirilib - FOTO

15.02.2023

Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransa qonaq qismində Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və qurumun digər məsul şəxsləri qatılıblar.

Hesabat-seçki konfransında Ukrayna Azərbaycanlıları Radasının icraçı direktorunun ötən dövr ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının idarə heyətinin müxtəlif regionlarda fəaliyyət göstərən nümayəndələri Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat veriblər.

Konfransda səlahiyyət müddəti bitən icraçı direktor və aparat rəhbəri vəzifələrinə yeni seçkilər keçirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov Ukrayna Azərbaycanlıları Radasının yeni icraçı direktoru, Sərxan Vidadiyev isə Radanın Aparat rəhbəri vəzifəsinə seçilib.

Daha sonra cari məsələlər müzakirə olunub.

Diaspor fəallarının müharibə şəraitində olan Ukraynanın ictimai-siyasi həyatında fəal olmaları tövsiyə edilib.