28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Suriyada İrana məxsus pilotsuz təyyarəni vurub

15.02.2023

ABŞ silahlı qüvvələri Suriyada İran istehsalı olduğu ehtimal edilən pilotsuz uçuş aparatını vurub. Pilotsuz təyyarə Amerika hərbi bazasının ərazisində kəşfiyyat aparan zaman vurulub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti "Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri atəş açıb və İran istehsalı olan PUA-nı vurub. PUA Suriyanın şimal-şərqindəki Konoko patrul bazası üzərində kəşfiyyat aparmağa cəhd edib.

Qurumun səhifəsində həmçinin iki fotoşəkil yayımlanıb ki, fotolarda PUA-nın və onun partladılması anının görüntüləri əks olunub.

CENTCOM-un açıqlamasında hadisə ilə bağlı başqa təfərrüat verilməyib.