28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Politoloq: “Azərbaycanla ərəb ölkələri arasında əməkdaşlıq genişlənəcək”

14.02.2023

"Uzunmüddətli perspektivdə Azərbaycanla ərəb ölkələri arasında siyasi əməkdaşlıq genişlənəcək”.

Bunu  siyasi və hərbi analitik Məhəmməd Saleh Alftayeh bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabr ayından etibarən Azərbaycanla nüfuzlu ərəb ölkələri, xüsusilə də əsas enerji ixracatçıları arasında münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur.

"Bu, bir neçə amilin nəticəsidir. Onlardan ən mühümü kimi dövlətlərin enerji sektorunda və karbohidrogen ehtiyatlarından mavi və yaşıl hidrogen, karbon tutma və saxlama kimi "yaşıl” həllərin inkişafı üçün istifadə edilməsi məsələsində maraqlarının üst-üstə düşməsini göstərmək olar”, - deyə o bildirib.

Ekspert bunların uzunmüddətli layihələr olduğunu, lakin bu sahədə saziş və müqavilələrin artıq indidən həyata keçirildiyini vurğulayıb.

"Məsələn, ötən ay BƏƏ-nin "Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında quruda külək və günəş enerjisi layihələrinin, həmçinin dənizdə külək və yaşıl hidrogen üzrə ümumi gücü 4 giqavat olan inteqrasiya olunmuş layihələrin birgə işlənməsi haqqında saziş imzalanıb.

Alftayehin sözlərinə görə, bu layihə Qərb ölkələrinin istifadə etdiyi ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yaşıl hidrogenin istehsalı, o cümlədən Rusiya qazından asılılığın azaldılması üçün nəzərdə tutulub.

Ekspert qeyd edib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanı Yaxın Şərq və Avropa ilə birləşdirən yeni ticarət yollarını nəzərdən keçirməyə imkan verib.

Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) əsas üzvləri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı arasında yaxınlaşma da regiona sərmayə qoyuluşuna töhfə verib.

Beləliklə, Azərbaycan ilə ərəb ölkələri arasında siyasi-diplomatik yaxınlaşma üçün zəmin yaranıb, uzunmüddətli perspektivdə isə bunun daha da genişlənəcəyini gözləmək olar.