28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

202-ci saatda möcüzəvi xilas: Operatorun diqqəti gənc qadının həyatını qurtardı - VİDEO

14.02.2023

Səhər saatlarında Kahramanmaraş və Adıyamanda dağıntılar altından üç gəncin xilas edilməsindən sonra daha bir şad xəbər Hataydan gəlib. Belə ki, dağıntılar altında qalan Mine Akgül zəlzələnin 202-ci saatında xilas edilib.

Onun ekskavator operatorunun diqqəti sayəsində tapıldığı vurğulanıb; dərhal həyəcan siqnalı verilib, axtarış-xilasetmə heyətinin üzvləri müdaxilə ediblər.

Məlumata görə, 26 yaşlı qadın çox dik və sıldırım yerdə qalıbmış. O, dağıntılar altından ehtiyatla çıxarılıb və dərhal termal yorğana bükülüb, sonra isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Əsrin fəlakətində ölənlərin sayı 31,9 minə çatıb.


Mənbə: Haberler.com