27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ müdafiə naziri: Ukraynaya dəstəyimiz uzun müddət davam edəcək

14.02.2023

Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.

"DM" xəbər verir ki, iclasa sədrlik edən ABŞ müdafiə naziri Lloyd Ostin çıxış edib.

ABŞ müdafiə naziri çıxışının əvvəlində Türkiyə və Suriyadakı dağıdıcı zəlzələnin itkiləri ilə bağlı başsağlığı verib. ABŞ müdafiə naziri vurğulayıb ki, onun ölkəsi Türkiyəyə dəstək göndərib.

Daha sonra o, Rusiyanın Ukraynaya elan etdiyi müharibənin bir ilinin tamam olduğunu xatırladıb.

"Putinin başlatdığı bu müharibə dünya üçün bir test olub. Müttəfiqlərimiz hərəkətə keçib, qətiyyətli mövqe sərgiləyib. Biz Ukraynaya söz verdiyimiz hərbi dəstəyi veririk.

Kiyev təslim olmadı, Ukraynanın dostları yorulmadı. Ukrayna hərbçiləri Xersonu azad etdilər.

Müttəfiqlərimiz, digər ölkələr Ukraynanın öz ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumasına yardım etmək üçün onun yardımına tələsdilər.

Bu Təmas Qrupu artıq bəyan edib ki, bizim Ukraynaya dəstəyimiz uzun zaman davam edəcək. Bu Təmas Qrupu bizim həmrəyliyimizin nümunəsidir”.

ABŞ müdafiə naziri əlavə edib ki, Təmas Qrupu ölkələri indiyədək Ukraynaya 50 milyard dollar hərbi dəstək verib.

"Bizim edə biləcəyimiz daha çox şey var. Biz səylərimizi gücləndirməliyik”, - ABŞ müdafiə naziri bəyan edib.