29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın xəstəxanada öldü, əri prokurorluğa müraciət etdi

02.11.2018

Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.
"Dövran Media"nın məlumatına görə, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.
Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.