28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suraxanıda keçirilən əməliyyatlar zamanı 60 nəfər saxlanılıb - FOTO/VİDEO

14.02.2023

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 8 nəfər - Bəhruz Cabbarov, Ehtibar Əhədov, Qadir Dadaşov, Mikayıl Süleymanov, Feyzulla Əliyev, Bəxtiyar Məlikov, Ramin Quliyev və Fuad Qafarov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Ümumilikdə isə Suraxanı rayonunun inzibati ərazisində ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.