27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapıblar - FOTO

14.02.2023

Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar tapıblar.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram” kanalında məlumat verilib.

"Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda qeyd edilib.

Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.

Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Pullar yerli polisə təhvil verilib.

Mənbə: TASS