01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var - FOTO

14.02.2023

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.

"Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.