03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış edib

13.02.2023

Türkiyədəki zəlzələdən sonra ali məktəblərin onlayn tədrisə keçməsi azərbaycanlı tələbələrin geri qayıtması məsələsini yenidən gündəmə gətirib. Təyyarə biletlərinin bahalığı isə onların geri qayıtmasına əsas maneədir. Bununla bağlı valideynlər sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, quru sərhədləri mütləq açılmalıdır.

"Həqiqətən də bu məsələ hamını narahat edir. Xüsusilə də tələbələrimizin Türkiyədən qayıtması ilə bağlı dövlət mütləq qəti tədbirlər görməlidir. Tələbə statusunda olan bütün şəxslərin quru yolla qayıtmasını təmin etmək lazımdır. Yəni buna hər hansı maneə artıq ola bilməz. Hər kəs böyük bir narahatlıq içindədir”, - millət vəkili deyib.

Onun sözlərinə görə, bu məsələyə kateqoriya üzrə yanaşmaq lazımdır:

"Quru sərhədlərin bağlanması tələbələrə şamil edilməməlidir. Çünki tələbələri təyyarə biletinə möhtac qoymaq olmaz. Rahat yolla qayıtması mümkündürsə, bunu təmin etmək lazımdır”.