05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tiflis Saakaşvilini ölkəyə gətirmək istəyir? - AÇIQLAMA

02.11.2018

Mənə qarşı Avropada heç bir ekstradisiya proseduru həyata keçirilmir.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti onun ölkəyə dönüşünü istəmir:
"Ədliyyə naziri Teya Çulukiani dünən bəyan etdi ki, mən guya ekstradisiya prosedurundayam və mənim ekstradisiyam üçün hansısa sorğu göndərilib. Görürsünüz ki, mən dünyanın bir sıra ölkələrini ziyarət edirəm və heç bir ekstradisiya proseduruna məruz qalmıram. Üstəlik, Poroşenko mənim Gürcüstana ekstradisiyamı tələb edirdi, amma Gürcüstan hökuməti hər şeyi etdi ki, mənim ölkəyə girişim heç cür təmin edilməsin”.