03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Talıbovun İrana “hədiyyə” etdiyi ərazi qaytarılmalıdır

13.02.2023

Naxçıvan MR-nın Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək Talıbovun İrana "hədiyyə" etdiyi iddia edilən 30 hektar torpağın "Google Earth” görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurlular tərəfindən istifadə edilən otlaq sahələri İrana keçib.

"DM" xəbər verir ki, bu barədə media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli paylaşım edib.

O qeyd edib ki, İran tərəfi Arazın əsas axınının yatağının üzərini doldurub:

"Həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb.

Bu konstitusion cinayətdir və dərhal Baş Prokurorluq tərəfindən nəzarətə götürülməlidir. Peyk görüntülərini, xüsusi ilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və çay 2019-cu ildəki yatağına qaytarılmalıdır”.