03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir İsrail və Azərbaycan arasındaki münasibətlərdən danışıb

13.02.2023

"Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir”.

"DM" xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda Azərbaycan kənd təsərrüfat naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan-İsrail əlaqələrini genişləndirmək potensialı mövcuddur:

"Azərbaycanla İsrail arasında 2021-ci ildə İsraildə biznes forum təşkil etdik, iki ölkədən olan şirkətlər iştirak etdi.

 2022-ci ildə İsrailin kənd təsərrüfatı naziri Azərbaycanda forumda iştirak etdi. Bunlar əməkdaşlığa müsbət təsir etdi”.

İ.Kərimov qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaradıb:

"Azərbaycan azad edilmiş ərazilərdə Ağıllı kənd inşa edir, İsrailin bu sahədə olan təcrübəsindən Azərbaycan yararlandı”.