02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şimali Makedoniyada bir günlük matəm elan edilib

13.02.2023

Şimali Makedoniya hökuməti Türkiyədə və Suriyada baş verən zəlzələlərlə əlaqədar fevralın 13-də ölkədə bir günlük matəm elan edib.

Bu qərar barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski sosial media hesabında açıqlama verib.

"Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin xatirəsinə matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşlarının duaları zəlzələdə həyatını itirənlərin yaxınları və ailələri ilədir”, - deyə Kovaçevski qeyd edib.

Baş nazir zəlzələlərdə yaxınlarını itirənlərə başsağlığı verib.

"Dövlət və millət olaraq yardım etməyə, həmrəylik içində olmağa, zəlzələdən zərər çəkmiş və hər şeyini itirmiş insanlara dəstək olmağa davam edəcəyik”, - deyə o bildirib.

Hökumətin verdiyi açıqlamada vurğulanıb ki, ölkə daxilində və Şimali Makedoniyanın xaricdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.

Mənbə: Haber Global