29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın hava proqnozu AÇIQLANIB

11.02.2023

 Azərbaycan ərazisində fevralın 12-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.