29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-in xilasediciləri 120 saat sonra qadını sağ çıxarıb - Video

11.02.2023

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

"DM" xəbər verir ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.