29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ETSN polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirib

10.02.2023

"Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq”.

"DM" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yola çıxılıb.

Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:

"Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil”.