29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Prezidenti: Zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək

10.02.2023

"94 ayrı ölkədən gələn yardım təklifləri çərçivəsində heyətlər ölkəmizə gəlməyə davam edir”.

"DM" xəbər verir ki, bunu Adıyamanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 141 mindən çox şəxsi heyətin zəlzələ bölgəsində çalışmasına baxmayaraq, vaxtında müdaxilədə çətinlik olub: "Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.

O, bütün vətəndaşlara müraciət edib: "AFAD-la və ya Qızıl Aypara ilə əlaqəyə keçmədən yardım toplayıb yola çıxmayın. Qarşıdakı aylarda yarana biləcək ehtiyaclar üçüm yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.

Ərdoğan qeyd edib ki, zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək.