30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb

10.02.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

FHN-dən  verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.