30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı tələbələr zəlzələyə görə səfərbər olub

10.02.2023

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

"DM" xəbər verir ki, Konya Universitetində təhsil alan tələbələr yüklərin paketlənməsinə kömək edirlər.

Tələbələr prosesə ilk vaxtlardan etibarən könüllü dəstək verdiklərini bildiriblər. Konya Universitetinin tələbəsi Sahib Kərimli "Anadolu”ya açıqlamasında bildirib ki, o, zərərçəkmişlərdən hər birini öz ailə üzvü kimi görür: "Hamı səfərbər olub. Azərbaycandan da mənə zəng edib soruşurlar ki, nələr edə bilərik?”.

Nəcməddin Ərbakan Universitetinin tələbəsi Ülkər Kərimova isə söyləyib ki, tələbələr bütün gücləri ilə çalışırlar. Həmin ali məktəbin başqa bir tələbəsi Aysel Səfərova tətillə bağlı Azərbaycana gəldiyini, amma zəlzələ xəbərini eşidən kimi yenidən Türkiyəyə qayıtdığını vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.