Rusiya Moldova hava məkanından Ukraynanı vurub  
    
                         .jpg) 
     
                         10.02.2023
 
    
                        Ukraynaya növbəti hücum zamanı Rusiya raketi Moldova hava məkanına daxil olub.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.
"Moldova tərəfdən hələlik heç bir reaksiya yoxdur. Lakin rusların Moldova hava məkanından Ukraynaya raket zərbələri üçün istifadə etməsi ilk dəfə deyil”, - Kim qeyd edib.