06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəlzələdə qurban verdiyi qızının əlini buraxmayan ata danışıb

10.02.2023

Türkiyədə zəlzələ ilə bağlı artıq hər birimizin ürəyini sızladan və kədərə qərq edən yüzlərlə, bəlkə də, minlərlə foto ortaya çıxıb.

"DM" xəbər verir ki, bunlardan ən təsirlilərindən biri də atanın zəlzələdə qurban verdiyi qızının əlini buraxmadığı və sonradan onların hər ikisinin illər əvvəl çəkilmiş fotoları ilə qarşılaşdırılan görüntülər oldu.

Həmin fotonun "qəhrəmanı”, zəlzələdə qızını itirən Mesut Hançer adlı şəxs "Bild” nəşrinə danışıb.

"Yer sarsılan zaman çörək sexində çalışırdım. Dərhal həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduqlarını söylədi. Ancaq həmin gecə ən kiçik qızım nənəsigildə qalmışdı. İrmak qohumlarımız gəlmişdi və onlarla bərabər olmaq istəmişdi”.

M.Hançer qızına zəng etdiyini, lakin cavab ala bilmədiyini bildirib:

"Çox dua etdim, ancaq qızımı itirdim. Mən şahzadəmi xilas etmək üçün yalın əllə qazmağa çalışdım, ancaq çıxara bilmədim”.