06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qızıl Ayparaya Türkiyə üçün yığılan məbləğ açıqlanıb

10.02.2023

Xəbər verdiyimiz kimi, MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.

"DM"-nın məlumatına görə, fevralın 6-ı günorta saatlarından başlanılan kampaniyaya artıq 7202-dən çox şəxs qoşulub.

Ötən günün statistikasına əsasən, 200 027.84 manat yardım toplanılıb.

İanə edənlər arasında dövlət qurumları, millət vəkilləri, tanınmış şəxslər də var.

Xatırladaq ki, Azərbaycan Qızıl Ayparasının Türkiyə üçün başlatdığı yardım kampaniyasına qoşulmaq istəyənlər bu linkdən istifadə edə bilərlər:

- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində "yardim.et” düyməsindən yararlanmaq olar.

- SMS vasitəsi ilə ianə etmək üçün "Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə "hesab.az” saytından ianə etmək mümkündür.