06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınıb

10.02.2023

Azərbaycanın məscidlərində Türkiyədə zəlzələ qurbanlarının ruhlarına Quran oxunub.

"DM" xəbər verir ki, məscidlərdə qiyabi meyit namazları qılınıb.

Namazda yüzlərlə şəxs iştirak edib. Əjdərbəy məscidində qılınan namazda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.

Zəlzələ nəticəsində bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.