NATO-nun Bakıdakı təlimi başa çatıb - FOTO  
    
                          
     
                         10.02.2023
 
    
                        Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən "Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.
Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.