Türkiyəli nazir zəlzələ nəticəsində dağılan binaların sayını açıqlayıb  
    
                          
     
                         10.02.2023
 
    
                        Türkiyədə zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir.
Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, vətəndaşlar həmçinin "e-devlet” və "hasartesbit.csb.gov.tr” saytları vasitəsilə zəlzələ nəticəsində zərər görən evlərin vəziyyətinə dair məlumat ala biləcəklər.
Mənbə: NTV