02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı iş adamı Türkiyədə zəlzələdə ölüb

10.02.2023

 Azərbaycanlı iş adamı Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyəyə iş görüşməsi üçün gedibmiş.

Eldəniz Əliyevin ailə yaxını bildirib ki, məlumatlar doğrudur:

"Təəssüf ki, həlak olanlar içərisində o da var. Özü Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlər içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”.

Qeyd edək ki, Eldəniz Əliyev ailəli idi, iki oğul övladı var.