1 yaşlı körpə 96 saat sonra dağıntılar altından çıxarılıb  
    
                          
     
                         10.02.2023
 
    
                        Türkiyədə baş verən güclü zəlzələ zamanı Hatay şəhərinin Antakya rayonunda dağıntılar altında qalan 1,5 yaşlı körpə və ailəsi xilas edilib.
"DM" xəbər verir ki, bu barədə "Sözcü” qəzeti məlumat yayıb.
Bildirilir ki, komandaların axtarış-xilasetmə əməliyyatları nəticəsində 96 saat dağıntılar altında qalan 1,5 yaşlı Sela Elbarazi, onun anası, atası, qardaşı və dayısı sağ çıxarılıb.