28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MN: Hərbi həkimlərimiz Kahramanmaraşda yaralılara ambulator yardım göstəriblər

09.02.2023

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər.

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.