28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü külək Bakıda 28 ağacı aşırıb

09.02.2023

Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən  verilən məlumata görə, bununla da zədələnən ağacların ümumi sayı 28-ə çatıb.

Qeyd olunub ki, həmin ağaclar kəsilərək ərazi təmizlənib. Küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar.

Qeyd edək ki, birlik səhər saatlarında 15 ağacın zədələnməsi ilə bağlı məlumat yaymışdı.