27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərpoçt” xətti ilə Türkiyəyə böyük məbləğdə yardım göndərilib

09.02.2023

Cənab Prezidentin çağırışı ilə Azərbaycan xalqı qardaş türk xalqına yardım kampaniyasına qoşulub.

Belə ki, bir neçə gün öncə Türkiyənin cənub-şərqində, çoxsaylı insan itkisi və dağıntılarla nəticələnən zəlzələdən sonra Azərbaycan xalqı öz qardaş-bacılarına dəstək üçün əlindən gələni əsirgəmir.

Sevindirici haldır ki, təkcə 6-7 fevral tarixlərində vətəndaşlarımız tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara "Azərpoçt” üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.  

Bu barədə "Azərpoçt” məlumat yayıb.

"Azərpoçt” zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.