28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mustafayev Naxçıvanda Fuad Nəcəfli ilə görüşüb

09.02.2023

Fevralın 9-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

"DM" xəbər verir ki, səfər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.

Qonaqlar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.

Qeyd olunub ki, səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, sututarlarında yığılan suyun vəziyyətini, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.

Görüşdə meliorasiya və irriqasiya sahəsində mövcud vəziyyət dəyərləndirilib, görüləcək işlər geniş müzakirə edilib.

Mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində "Qaraçuq-1” panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçiriblər.

Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, Azmelsutəsərrüfat ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.