05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BƏƏ-də yeni rekord - AVTOMOBİLLƏRİN RƏQSİ

01.11.2018

"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, bu həftə Birləşmiş Ərəb Əmirliklərində daha bir dünya rekordu müəyyən olunub. Burada "avtomobillərin dünyada ən irimiqyaslı sinxron rəqsi” şousu təşkil edilib.
Yerli KİV-lərin verdiyi məlumata görə, peşəkar pilot Aksil Ceffrianın rəhbərliyi ilə 180 yolsuzluq avtomobili səmada süzən şahin formasına uyğun ahəngdar hərəkət edib. Avtomobillərin rəqsi "Dubai Rugby 7” stadionunda ifa olunub. Şouya "NissanPatrol” avtomobilləri cəlb edilib. Rəqs edən "şahinin” ölçüləri 176,5x225 metr təşkil edib. İki cərgədə əks istiqamətlərdə sinxron hərəkət edən avtomobillər Ərəbistan yarımadası üzərində qanad çalıb uçan şahin illüziyası yaradıb.