02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan səfiri itkin düşən tələbələrin valideynləri ilə görüşəcək

09.02.2023

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşən azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.

Bu barədə "Report”un Türkiyə bürosuna səfir R.Məmmədov özü bildirib.

O bildirib ki. fevralın 6-da Türkiyədə çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşən azərbaycanlı tələbələrin axtarışları davam edir.

Səfir deyib ki, bununla əlaqədar Türkiyənin Malatya şəhərinə səfər edəcək və itkin düşən 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.

Səfir bildirib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zəlzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədi ilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.