02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfər edib

09.02.2023

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildirlər.

Keyptaun Beynəlxalq hava limanında nümayəndə heyətini Cənubi Afrika Respublikası Milli Assambleyasının vitse-spikeri David Ntombela, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yamin Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.