03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı İdman Sarayında Türkiyəyə yardım kampaniyasının ikinci günü - VİDEO

09.02.2023

Türkiyəyə yardımla bağlı Bakı İdman Sarayında toplanan yardım kampaniyası bu gün səhər saat 11:00-dan başlayaraq yenidən davam edir.

"DM" xəbər verir ki, yardım üçün lazım olan ləvazimatların, uşaq yeməklərinin, konservlərin, quru qidaların, qeyri-qidalardan - yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyaların gətirilməsi davam edir.

Əşyaların sayı həddən artıq çox olduğundan DİN əməkdaşları tərəfindən gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.

Eyni zamanda daşınma prosesinə dəstək üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları da əraziyə cəlb olunublar.

Qeyd edək ki, vətəndaşlardan yardım kampaniyasına gətirdikləri əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər çatdırmaları rica olunur.