29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb

09.02.2023

Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.

"DM"  xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Qəhrəmanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Əhməd Taş, Mehmet Eskisarılı, Əli Gürsoy və Aslan Ekizdir.

Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.